Azərbaycan Olimpiya komandası bu günə qədər Paris-2024 Yay Olimpiya Oyunlarına 15 idman növündə 48 lisenziya qazanıb.
Milli Olimpiya Komitəsi tərəfindən Oxu.Az-a Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların siyahısı təqdim edilib.
Güləşdə 12 (sərbəst güləş - 6, yunan-Roma güləşi - 5, qadın güləşi - 1), cüdoda 9, gimnastikada 7 (bədii gimnastika fərdi - 1, batut gimnastikası - 1, bədii gimnastika komanda yarışı - 5), boksda 5, basketbolda 4, badmintonda və üzgüçülükdə isə 2 idmançı Paris Olimpiadasında iştirak edəcək. Atletika, qılıncoynatma, taekvondo, atıcılıq, triatlon, avarçəkmə və kamandan oxatma yarışlarında isə bir idmançı yarışacaq.
Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan Azərbaycan idmançıları:
Badminton:
Edi Reski Dviçayo (kişilər, fərdi);
Keişa Fatimə Zəhra (qadınlar, fərdi).
Gimnastika:
Bədii gimnastika:
Zöhrə Ağamirova;
Qrup hərəkətləri komandası: Ləman Əlimuradova, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Zeynəb Hümbətova və Darya Sorokina.
Batut gimnastikası:
Selcan Mahsudova.
Güləş:
Sərbəst güləş:
Əliabbas Rzazadə (57 kq);
Hacı Əliyev (65 kq);
Turan Bayramov (74 kq);
Osman Nurmaqomedov (86 kq);
Maqomedxan Maqomedov (97 kq);
Giorgi Meşvildişvili (125 kq).
Yunan-Roma güləşi:
Murad Məmmədov (60 kq);
Həsrət Cəfərov (67 kq);
Sənan Süleymanov (77 kq);
Rafiq Hüseynov (87 kq);
Sabah Şəriəti (130 kq).
Qadın güləşi:
Mariya Stadnik (50 kq).
Atletika:
Anna Skidan, çəkicatma.
Boks:
Nicat Hüseynov (51 kq);
Malik Həsənov (63,5 kq);
Murad Allahverdiyev (80 kq);
Alfonso Dominqes (92 kq);
Məhəmməd Abdullayev (+92 kq).
Taekvondo:
Qaşım Maqomedov (58 kq).
Atıcılıq:
Ruslan Lunyov (10 m pnevmatik tapança, 25 m kiçik çaplı tapançadan sürətli atış).
Basketbol:
Qadın yığması, 3x3 növü.
Avarçəkmə:
Diana Dımçenko, (2000 m, akademik avarçəkmə).
Triatlon:
Rostislav Pevtsov.
Qılıncoynatma:
Anna Başta, (sablya).
Kamandan oxatma:
Yaylagül Ramazanova.
Üzgüçülük:
Məryəm Şeyxəlizadəxangah (50 m sərbəst üsul);
Ramil Vəlizadə (200 m batterflyay).
Cüdo:
Balabəy Ağayev (-60 kq);
Yaşar Nəcəfov (-66 kq);
Hidayət Heydərov (-73 kq);
Zelim Tçkayev (-81 kq);
Elcan Hacıyev (-90 kq);
Zelim Kotsoyev (-100 kq);
Uşanqi Kokauri (+100 kq);
Leyla Əliyeva (-48 kq);
Gültac Məmmədəliyeva (-52 kq).
Anar Həsənov
Rəylər