İtaliyanın Siciliya adası yenidən təbii fəlakətin cənginə düşüb - adanın şərq sahilində yerləşən Etna vulkanı bir həftə ərzində ikinci dəfə püskürüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Mirror" xəbər verib.
Təbiət hadisəsi ilə əlaqədar sakinlər sosial şəbəkələrdə kadrlar paylaşıblar. Görüntülərdə tüstü, kül, qızmar lava qarışıq buludların gecə səmasına yüksələrək, ətrafı qırmızı işığa boyaması əks olunub.
Püskürmə ilə əlaqədar Siciliyanın Kataniya hava limanına uçuşlar dayandırılıb, həmçinin reyslər təxirə salınıb.
Qeyd edək ki, bir həftə əvvəl baş vermiş püskürmə yaxınlıqdakı yaşayış məntəqələrinə əhəmiyyətli ziyan vurmuşdu.
Etna sakitləşmir: Bir həftə ərzində ikinci püskürmə Siciliyanı iflic edib
Rəylər