Bu gecə İstanbulda silahlı hücuma məruz qalan "Fənərbağça"nın və futbol üzrə Türkiyə milli komandasının keçmiş hücumçusu Serhat Akının müalicə olduğu xəstəxanadan görüntüləri yayılıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu İstanbulda yerləşən özəl klinikalardan birində müalicəsini davam etdirir, həkimlər onun səhhəti üçün heç bir təhlükənin olmadığını bildiriblər.
"Fənərbağça" və Türkiyə milli komandasının sabiq hücumçusu Sərhat Akına qarşı edilən sui-qəsd cəhdinin videosu yayılıb.
Oxu.Az xəbər verir ki, görüntülər müşahidə kamerası tərəfindən qeydə alınıb.
Həmin görüntüləri təqdim edirik:
Bu gecə silahlı hücuma məruz qalan "Fənərbağca"nın keçmiş futbolçusu Sərhat Akın insidentdən bir necə saat əvvəl televiziya efirində sərt çıxış edib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sərhat Akın efirdə emosional şəkildə "Fənərbağça" klubunun hazırda yaşadığı problemləri dilə gətirib və bütün baş verənlərə görə klubun hazırkı rəhbərliyini ittiham edib.
S.Akın vurğulayıb ki, bir qrup adam onu klubun idarə heyətinə keçirilən seçkidən kənarda saxlayıb və bu gün həmin adamlar onun özünə, ailəsinə təhqir yağdırırlar.
"Onlar Sərhat Akını satın ala bilmədilər, indi adam tutub məni söydürülər. Mən də deyirəm: artıqlaması ilə cavabınızı verəcəyəm, mənim ailəmi söyənlərin cavabını həqiqi "Fənarbağça" azarkeşi verəcək. Həyat yoldaşıma, qızıma söyənlərin ağzının üstündən vuraram", - deyə S.Akın vurğulayıb.
Türkiyə Futbol Federasiyası(TFF) silahlı hücuma məruz qalan "Fənərbağca"nın keçmiş futbolçusu Sərhat Akın barədə açıqlama yayıb.
Oxu.Az xəbər verir ki, açıqlamanın mətni TFF-nin saytında yerləşdirilib.
"Fənərbağça"nın və milli komandanın keçmiş hücumçusu, futbol şərhçisi Serhat Akın gecə saatlarında silahlı hücum nəticəsində ayağından yaralanıb.
Türkiyə Futbol Federasiyası olaraq Serhat Akına tezliklə sağlamlığını bərpa etməyi arzu edirik. Biz bu xain hücumu şiddətlə qınayırıq" - TFF-nin bəyanatında qeyd olunur.
Türkiyənin "Fənərbağça" klubunun keçmiş futbolçusu Serhat Akın naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb.
Oxu.Az xəbər verir ki, sabiq futbolçu bu barədə özünün "X" hesabında paylaşım edib.
Ayağından güllə yarası alan Serhat Akın xəstəxanaya yerləşdirilib. Akının səhhətinin yaxşı olduğu bildirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Program çıkışı ayaklarıma sıktılar son sözümüz Fenerbahçe 💛💙 pic.twitter.com/DPfqO95VgY
— Serhat Akin (@serhatakin81) September 26, 2024
Rəylər