Finlandiya Çin Sədri Si Cinpinin Helsinkiyə səfəri zamanı ölkəyə hədiyyə etdiyi iki pandanı Çinə qaytarmaq qərarına gəlib.
Bu barədə Oxu.Az Ren.tv-yə istinadən xəbər verir.
Heyvanların məskunlaşdığı yerli zoopark borclar səbəbindən və pandaları saxlamağa davam edə bilmədiyi üçün belə bir addım atmağa məcbur olub.
"Biz elə bir vəziyyətdə qaldıq ki, pandaları geri qaytarmaq kimi çətin bir qərar verməli olduq", - deyə zooparkın idarə heyətinin sədri Extyari Risto Sivonen bildirib.
Qeyd edək ki, maliyyələşdirmənin azalmasına səbəb kimi ölkəyə turist axınının əhəmiyyətli dərəcədə azalması, həmçinin inflyasiya göstərilir.
Eyni zamanda, zoopark 2024-cü ilin sonuna qədər heyvanları geri qaytarmağa ümid edir.
Xatırladaq ki, Çin lideri pandaları 2017-ci ildə ölkəyə səfəri zamanı bağışlamışdı. Onlar üçün ayrıca çayı olan xüsusi nəhəng "Panda evi" tikilmişdi.
Rəylər