Florida ştatını cənginə alan "Milton" qasırğasına görə ilk ölümlər qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "WPBF 25 News" telekanalı məlumat yayıb.
Təbii fəlakətin qurbanlarının dəqiq sayı açıqlanmayıb.
Bildirilib ki, "Milton"un səbəb olduğu tornado Speniş Leyks rayonundan keçib. Xilasetmə qrupları artıq hadisə yerinə yollanıb.
Hazırda polis və yanğınsöndürənlər dağıdılmış əraziləri yoxlayırlar.
Qeyd edək ki, oktyabrın 10-da "Milton" qasırğası Floridaya çatıb. Təbii hadisə ştatın qərb sahilində Sarasota dairəsinin Siesta Key adlı ayrıca ərazisində qeydə alınıb. Küləyin sürəti 57 m/s (205 km/saat) çatıb ki, bu da beş ballıq şkalada üçüncü kateqoriyaya uyğun gəlir.
Ekspertlərin sözlərinə görə, "Milton" tarixdə ən dağıdıcı qasırğa ola bilər.
Rəylər