Daha əvvəl Fransanın xarici işlər və müdafiə naziri vəzifəsində işləmiş Mişel Alyo-Mari Sen-Jan-de-Lüz Pireney-Atlantik departamenti merinin vitse-meri vəzifəsində törətdiyi korrupsiya əməllərinə görə şərti altı aylıq həbs cəzası alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "BFMTV" kanalı məlumat yayıb.
Məlumatlara görə, söhbət 2010 və 2012-ci illərdə Alyo-Marinin iştirakı ilə Festival Təşkilatları Assosiasiyasının (AOF) ehtiyacları üçün verilən 250 min avro məbləğində subsidiyalardan gedir. Bu birliyə onun atası Bernar Mari rəhbərlik edirdi. Alyo-Marinin müdafiəsi artıq bu hökmdən apellyasiya şikayəti vermək niyyətində olduqlarını bildirib.
Qeyd edək ki, 77 yaşlı Alyo-Mari Jak Şirak (1995-2007) və Nikola Sarkozinin (2007-2012) prezidentliyi dövründə Müdafiə, Daxili İşlər, Ədliyyə və Xarici İşlər nazirliklərinə rəhbərlik edib.
Rəylər