ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Şimali Karolinada seçkiqabağı mitinqdə iştirakçılara müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Qeyd olunur ki, siyasətçi gülləkeçirməz şüşə arxasında, ona qarşı edilən sui-qəsd cəhdindən sonra ilk açıq hava tədbirini keçirib.
"76 gün sonra biz bu ştatda qalib gələcəyik və Ağ Evi geri alacağıq" , - Tramp tərəfdarlarına bildirib.
Qeyd edilir ki, gülləkeçirməz panellər səhnə boyunca qoruyucu divar yaradıb. Agentlik snayperlərin sayı da daxil olmaqla, tədbirdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini vurğulayır.
Xatırladaq ki, iyulun 14-də ABŞ-nin keçmiş prezidentinin Pensilvaniyada keçirilən mitinqi atışma ilə başa çatıb.
Rəylər