"Gürcüstan hakimiyyəti oktyabrın 26-na təyin edilmiş parlament seçkilərində qalib gəldikdən sonra 2008-ci ildə osetinlərlə gürcülər arasındakı müharibəyə görə üzr istəməyə özündə güc tapacaq".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili Qori şəhərində keçirilən seçki mitinqində deyib.
"Oktyabrın 26-da seçkilər başa çatdıqdan sonra, müharibənin təhrikçiləri mühakimə olunacaq və gürcü-osetin dostluğunun məhvinə görə məsuliyyət daşıyanların hamısı ən sərt hüquqi cavab alacaqlar. Fakt budur ki, müharibəni Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili və onun Vahid Milli Hərəkat Partiyası kənardan aldığı xain sifarişlə başlamışdı", - İvanişvili bildirib.
Rəylər