Yəmənin üsyançı "Ənsar Allah" hərəkatının husiləri Aralıq dənizində olduğu iddia edilən "Minerva Antonia" da daxil olmaqla altı ticarət gəmisinə hücum ediblər.
Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya bildirib.
Onun sözlərinə görə, husilər Qırmızı dənizdəki "Laax", "Morea" və "Sealady" gəmilərinə pilotsuz təyyarələr, gəmi əleyhinə və ballistik raket zərbələri endiriblər. Hərəkat, həmçinin Ərəbistan dənizində "Alba" və "Maersk Hartford"a qarşı oxşar hücumu həyata keçirib. "Ənsar Allah" nümayəndəsinin sözlərinə görə, adıçəkilən gəmilərin hamısı hücumlar nəticəsində zədələnib.
Mənbə: TASS