İordaniya Krallığı bəşəriyyətin ən qədim və qorxunc xəstəliklərindən biri sayılan cüzamdan tamamilə xilas olan ilk ölkə kimi tarixə düşüb.
Oxu.Az-ın verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bununla bağlı bəyanat yayıb.
Bildirilir ki, "mycobacterium leprae" bakteriyası tərəfindən törədilən bu xəstəlik dəri, periferik sinirlər, selikli qişalar və gözləri zədələyərək ağır deformasiyalara və əlilliyə səbəb olur.
Xəstəlik müalicə oluna bilər və erkən müdaxilə əlilliyin qarşısını ala bilər.
Cüzam, həmçinin lepra kimi tanınan xəstəlik əsrlər boyu milyonlarla insanın əzab çəkməsinə və damğalanmasına səbəb olub. İordaniya cüzamla aktiv mübarizəyə hələ XX əsrin ortalarında başlayıb. Effektiv skrininq, müalicə və profilaktika proqramları sayəsində son 20 ildə ölkədə xəstəliyin heç bir yeni halı qeydə alınmayıb.
Rəylər