İranda prezident seçkisinin ikinci turunda qalib gələn Məsud Pezeşkian ilk müraciətini edib.
O, siyasi rəqiblərini qardaş adlandırıb, həmçinin hamıya dostluq əli uzadacağını vəd edib.
"Mən hamıya dostluq əli uzadacağam və ölkənin inkişafı üçün hər kəsi cəlb edəcəyəm. Rəqiblər mənim qardaşlarımdır", - deyə Pezeşkian bildirib.
Xatırladaq ki, islahatçı, azərbaycanəsilli siyasətçi Məsud Pezeşkian İranda növbədənkənar prezident seçkisinin ikinci turunda 16.3 milyon səs toplayaraq qalib gəlib. Onun rəqibi, mühafizəkar qanadın nümayəndəsi Səid Cəlili 13.5 milyon səs toplayıb.
İranda növbədənkənar seçki bu ilin mayında İbrahim Rəisinin helikopter qəzasına düşməsindən sonra təyin edilib. Qəzaya düşən helikopterdə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da daxil olmaqla daha səkkiz nəfər olub. Heç kim sağ qalmayıb.
İranda prezident seçkisində qalib gələn Məsud Pezeşkian ilk çıxışını etdi
Mənbə: lenta.ru
Rəylər