Tehran İsrailin İrana mümkün zərbələrinə daha geniş cavab vermək barədə Təl-Əvivə xəbərdarlıq edib.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə "Tasnim News" xəbər yayıb.
Bildirilib ki, mənbələr İranın "əlinin tətikdə olduğu"nu və İsraili daha böyük sürpriz gözlədiyini bildirib.
"Əgər İsrail İranın hərbi obyektlərinə hücum edərsə, cavab konkret olacaq, hətta sionistlərin təxmin etdiyindən daha yüksək səviyyədə olacaq. Nüvə obyektləri hədəfə alınarsa, Tehran buna cavab olaraq nüvə siyasətini nəzərdən keçirəcək", - deyə mənbədən vurğulanıb.
Qeyd olunub ki, İsrailin hücumlarının təsirləri olarsa, İran cavab tədbirlərinin miqyasını, xarakterini və ya intensivliyini qoruyub saxlamaq öhdəliyi daşımır.
Rəylər