İsrail Prezidenti İsxak Hersoq Qəzzada ölənlərə görə təəssüfləndiyini, lakin öz xalqının müdafiəsini prioritet hesab etdiyini bildirib.
Bu barədə İsrail prezidenti “Financial Times” qəzetinə danışıb.
“Mən fələstinlilərin ölümlərinə laqeyd yanaşmıram. Bu hadisələr mənim ürəyimi parçalayır. Amma mən heç vaxt unutmuram ki, ilk növbədə xalqımızı qorumaq üçün təhlükəsizliyi təmin etməliyəm”, - deyə prezident bildirib.
Xatırladaq ki, İsrail hərbçiləri çərşənbə günü Fələstin HƏMAS hərəkatının əsas komanda qərargahının yerləşdiyi “Əş-Şifa” xəstəxanasına hücuma başlayıblar.
İsrail Müdafiə Ordusu onu da bildirib ki, tibb mərkəzinin altında bir neçə yeraltı kompleks və 200-ə yaxın radikalın gizləndiyi tunel və oktyabrın 7-də baş vermiş hücum zamanı oğurlanmış girovlar saxlanılır.
Mınbə: TASS
Rəylər