Suriya Prezidenti Bəşər Əsəd Suriya ərazisinə daxil olmaq istəyən fələstinlilərdən tələb edilən vizanın ləğvi barədə fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Mayadeen" kanalı məlumat yayıb.
Qeyd olunur ki, sözügedən qadağa 2022-ci ildən tətbiq edilirdi.
Məlumat üçün əlavə edək ki, Livan və digər ərəb ölkələrindən fərqli olaraq Suriya dövləti fələstinlilərə öz vətəndaşları kimi bərabər hüquqlar verib. Belə ki, fələstinlilər Suriyada dövlət və özəl sektorda işləmək, habelə daşınmaz əmlaka sahib olmaq hüququna sahibdirlər.
Rəylər