Türkiyənin İstanbul şəhərinin Küçükçekmece bölgəsində metrobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın Haber Global-a istinadən verdiyi xəbərə görə, toqquşma nəticəsində bir nəfər ölüb, daha 45 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları gəlib.
İki sürücü və bir nəzarətçinin saxlanıldığı qeyd edilir.
Qəzanın səbəbləri müəyyən edilməyib.
Rəylər