İsveç hökuməti və onu dəstəkləyən yerli Demokratlar Partiyası 2024-2026-cı illər üçün Ukraynaya ildə 25 milyard kron olmaqla 75 milyard kron (müvafiq olaraq 6 və 2 milyard manata yaxın) məbləğində üçillik hərbi dəstək proqramının formalaşdırılması ilə bağlı razılığa gəliblər.
Bu barədə hökumət dəftərxanasından məlumat verilib.
"İsveçin Kiyevə dəstəyini gücləndirmək üçün hökumət və Demokratlar Partiyası 2024-2026-cı illər üçün Ukraynaya hərbi dəstəyin çərçivəsini müəyyən etmək barədə razılıq əldə ediblər. İsveç yardımın həcmini artıracaq və bu, 2024-2026-cı illər üçün hərbi dəstək şəklində 75 milyard kron (ildə 25 milyard kron) təşkil edəcək", - deyə məlumatda bildirilib.
"Nəticədə İsveç tərəfindən Ukraynaya hərbi və mülki yardım 100 milyard krona (7 milyard manatdan çox) çatacaq. Müdafiə sahəsində bu, hərbi avadanlıqların təhvil verilməsi, maliyyə yardımları və texnikanın alınması üçün vəsaitləri əhatə edə bilər", - deyə kabinet açıqlama verib.
Hökumət xüsusi olaraq qeyd edib ki, ölkə daxilində yenidən silahlanma Ukraynaya davamlı dəstəklə eyni vaxtda aparılmalıdır. Buna görə də hökumət və Demokratlar Partiyası razıdırlar ki, Kiyevə yardım İsveçin müdafiə qabiliyyətinin artırılmasına xələl gətirməməli və ya digər zəruri islahatların həyata keçirilməsinə mane olmamalıdır.
Mənbə: TASS
Rəylər