ABŞ-də Prezident Co Baydenin administrasiyası 10-dan çox hərbçinin ölümündə ittiham edilib. İddiaya görə 2021-ci ildə Əfqanıstandan qoşunların çıxarılması zamanı düzgün planlaşdırmama fəlakətli nəticələrə gətirib çıxarıb.
Oxu.Az-ın RBK-ya istinadla verdiyi məlumata görə, Konqresin Nümayəndələr Palatasının xarici işlər komitəsindən olan respublikaçılar bununla bağlı hesabat dərc ediblər.
Sənəddə deyilir ki, Bayden komandası qoşunların çıxarılmasının hər mərhələsində ABŞ xalqını aldadıb.
O da vurğulanıb ki, administrasiyanın uğursuzluqları Kabulda Abbi-Qeyt qapısı yaxınlığında bomba partlayışı nəticəsində 13 ABŞ-li hərbçinin ölümünə səbəb olub.
Hesabatda administrasiyanın mülki əhalinin təxliyəsi barədə qərarı çox gec qəbul etdiyi, həmçinin Vaşinqtondakı departamentlər və Əfqanıstandakı rəsmi şəxslər arasında qarşılıqlı əlaqəni təmin etmədiyi qeyd olunub.
Rəylər