Rusiyanın Kamçatka diyarı sahillərində güclü zəlzələ baş verib.
Oxu.Az-ın İnterfaks.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsi məlumat verib.
Məlumata görə, seysmoloqlar Sakit okean akvatoriyasında Kamçatkanın şərq sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alıblar.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 123 km cənub-şərqdə, 27 km dərinlikdə olub.
Petropavlovsk-Kamçatski, Vilyuçinsk və digər bölgələrdə zəlzələ beş bala qədər hiss olunub.
Sunami təhlükəsi elan olunmayıb.
Rəylər