Rusiyada müstəntiqlər keçmiş vəkil və araşdırılan cinayət işi çərçivəsində istintaqla əməkdaşlıqdan imtina edən Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham irəli sürüblər.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, istintaq keçmiş vəkilin işi üzrə üç şahidi dindirib.
"Paşayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə (xüsusən külli miqdarda dələduzluq) nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunub. Həmçinin iş üzrə 3 şahid də dindirilib, təqsirləndirilən şəxsə qarşı cinayət işi üzrə istintaq çərçivəsində sübutların toplanması davam edir", - deyə məlumatda bildirilib.
Elman Paşayevə şamil edilən maddənin sanksiyası 10 ilədək həbs və 1 milyon rubla qədər (təxminən 18 min manat) cəriməni nəzərdə tutur.
Xatırladaq ki, Moskva qarnizonu hərbi məhkəməsi Elman Paşayevi noyabrın 15-dək istintaq təcridxanasına göndərib. Sabiq vəkil bu qərara 2-ci Qərb Dairə Hərbi Məhkəməsində etiraz edə bilməyib. Paşayev hərbi müstəntiqlər tərəfindən saxlanılıb və 46 milyon rubldan çox (825 min manatdan çox) məbləğdə dələduzluqda ittiham olunub. Bu pul müqabilində o, Aleksey Blinovskiyə söz verib ki, vergidən yayınma halı ilə bağlı onu və həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edəcək.
Keçmiş vəkil Elman Paşayevə qarşı ittiham irəli sürüldü: Xüsusilə külli miqdarda dələduzluq
Rəylər