Keniyanın paytaxtı Nayrobidə yeddimərtəbəli bina uçub.
Oxu.Az xəbər verir ki, bu barədə kenyans.co.ke agentliyi məlumat yayıb.
Hazırda bütün rayon briqadaları qəzanın nəticələrini aradan qaldırır, eləcə də qonşu binalardan sakinləri təxliyə edirlər. Keniya Qızıl Xaç Cəmiyyətindən verilən açıqlamaya görə, dağıntılar altında qalan insanlar var.
Yerli media Adamson Bungei şəhər polis rəisinə istinadən xəbər verir ki, evin çökdüyü yerə bir neçə agentliyin xilasetmə qrupları göndərilib.
Rəylər