Keniyada 13 kişi polis bölməsindən qaçıb. Qaçanlardan biri qadınların silsilə qətllərində şübhəli bilinir.
Oxu.Az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Keniya polisinin məlumatına görə, məhkəmə nəzarətində olan 13 nəfər paytaxt Nayrobidə polis bölməsindən qaçıb. Qaçaqlar arasında Eritreyadan olan 12 qeyri-qanuni miqrant və seriyalı qətllərdə şübhəli bilinən bir Keniya vətəndaşı var.
Gecə məhbuslar həbsxana kamerasının tavanındakı polad torları yarıb hasarın üstündən keçə biliblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları yalnız səhər yeməyi gətirən zaman onların qaçdıqlarını biliblər.
Bundan əvvəl qaçanlar arasında olan 33 yaşlı Keniyalı Haluşa son iki ildə həyat yoldaşı da daxil olmaqla 42 qadını qətlə yetirdiyini etiraf etmişdi. Lakin onun vəkili bildirib ki, pul almaq üçün müvəkkilinə işgəncə verilib.
Avqustun 16-da məhkəmə polis araşdırmasını tamamlamaq üçün Haluşanın 30 gün müddətinə polis nəzarətində saxlanmasına qərar verib.
Rəylər