Keniya Prezidenti Uilyam Ruto hökumətin buraxılmasını elan edib.
Bu barədə Oxu.Az TASS-a istinadən məlumat verib.
Yalnız vitse-prezident Riqati Qaçaqua və xarici işlər naziri Musaliya Mudavadi öz vəzifələrini saxlayacaqlar.
"Düşündükdən sonra vitse-prezident və xarici işlər naziri istisna olmaqla, Nazirlər Kabinetini buraxmağa qərar verdim", - deyə o, etirazlardan iki həftə sonra xalqa müraciətində bildirib.
Xatırladaq ki, iyunun 25-də Keniyada vergi artımına qarşı etiraz edən nümayişçilər inzibati binalara, o cümlədən parlamentə daxil olaraq dağıntı və yanğın törədiblər.
Polis qüvvələri rezin güllələrlə etirazçılara atəş açıblar. Həmçinin gözyaşardıcı qazdan da istifadə edilib. Etirazlar zamanı azı səkkiz nəfər ölüb, 50 nəfər yaralanıb. Xəsarət alanlar arasında ABŞ-nin 44-cü prezidenti Barak Obamanın bacısı da olub.
Rəylər