"Moskva Parisdə saxlanılan "Telegram"ın təsisçisi Pavel Durovu Rusiya vətəndaşı kimi dəstəkləməyə hazırdır, lakin onun həm də Fransa vətəndaşlığına malik olması vəziyyəti çətinləşdirir".
Oxu.Az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov söyləyib.
Həmçinin D.Peskov əlavə edib ki, Fransa onun təqsiri ilə bağlı ciddi sübut təqdim etməsə, P.Durovun işi siyasi hesab edilə bilər.
Rəylər