Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Prezident Vladimir Putinin Silahlı Qüvvələrin sayını artırmaq qərarını ölkə üçün çoxsaylı təhdidlər və Qərbin düşmənçiliyi ilə izah edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbətində bildirib.
"Bu, sərhədlərimizin perimetri boyunca ölkəmiz üçün mövcud olan təhdidlərin sayı ilə bağlıdır. Bu, qərb sərhədlərində son dərəcə düşmən mühitlə, şərq sərhədlərində qeyri-sabitliklə bağlıdır", - deyə Kreml nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, belə bir vəziyyət müvafiq tədbirlərin görülməsini tələb edir.
Qeyd edək ki, sentyabrın 16-da Putin Rusiya Silahlı Qüvvələrinin ştat sayının 2 389 130 nəfər, o cümlədən 1.5 milyon hərbçi səviyyəsində müəyyən edilməsi barədə fərman imzalayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Prezident Vladimir Putinin Silahlı Qüvvələrin sayını artırmaq qərarını ölkə üçün çoxsaylı təhdidlər və Qərbin düşmənçiliyi ilə izah edib.
Rəylər