Texasda (ABŞ) bir neçə gündür davam edən əlverişsiz hava şəraiti bu gün ştatda vəziyyəti daha kritik hala gətirib. Leysanın səbəb olduğu güclü daşqın regionun bir çox şəhərlərində həyatı, demək olar ki, iflic edib.
Oxu.Az-ın verdiyi məlumata görə, sakinlər təbii fəlakətin nəticələri ilə bağlı sosial şəbəkələrdə kadrlar paylaşırlar.
Onların sözlərinə görə, suyun səviyyəsi bəzi yerlərdə avtomobillərin pəncərələrinə qədər qalxır, bəzi maşınları isə coşqun axın tamamilə yuyub aparır.
Sakinlər küçələrdə, hətta balıqların üzdüyünü bildiriblər.
Sinoptiklər yağışların azı daha iki gün davam edəcəyini proqnozlaşdırırlar.

Rəylər