Şimali Koreya hakerləri 2017-ci ildən bəri təxminən üç milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Microsoft" şirkətinin 2024-cü il üçün kibertəhlükəsizlik hesabatında deyilir.
Oğurlanmış pullar Pxenyanın nüvə proqramının maliyyələşdirilməsinə yönəldilib.
"Microsoft" vurğulayıb ki, bu vəsaitlər KXDR-in nüvə silahının hazırlanmasına çəkilən xərclərin yarısından çoxunu ödəyib. Təkcə 2023-cü ildə 600 milyon dollardan bir milyard dollara qədər pul oğurlanıb.
Hesabatdan, həmçinin məlum olur ki, keçən ildən etibarən şirkət bir neçə yeni Şimali Koreya qruplaşması aşkar edib. Analitiklərin fikrincə, onların sayının artması Kim Çen Inın rejiminin hədə-qorxu ilə bağlı haker fəaliyyətində iştirakını genişləndirdiyini göstərə bilər.
"Microsoft"da qeyd edirlər ki, Şimali Koreyadan başqa, Rusiya, Çin və İrandan olan qruplaşmalar da haker mühitində fəaldırlar.
Rəylər