İyunun 23-də Dağıstan Respublikasının (Rusiya Federasiyası) Mahaçqala şəhərində törədilmiş silahlı terror aktının yeni görüntüləri yayılıb.
Müşahidə kamerası tərəfindən qeydə alınan görüntüdə qara geyimdə olan iki silahlı şəxsin atəş açaraq üç polis əməkdaşını qətlə yetirdiyi əks olunub.
Məlumat üçün əlavə edək ki, ötən gün Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində törədilən terror aktı nəticəsində 20 nəfər həyatını itirib. Ölənlərdən 17-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. İnsidentlə əlaqədar Dağıstan Respublikasında üç günlük matəm elan edilib.
Mənbə: "Exo Dagestana" "Telegram" kanalı
Rəylər