Paris Prokurorluğu 2022-ci il seçki kampaniyasının maliyyələşdirilməsi qaydalarının pozulması şübhəsi ilə əlaqədar "Milli Birlik" parlament fraksiyasının lideri Marin Le Pen barəsində araşdırmaya başlayıb.
Bu barədə BFMTV telekanalı mənbələrə istinadən məlumat verib.
Səbəb Milli Seçki Kampaniyaları və Siyasi Maliyyələşdirmə Hesabları Komissiyasının (CNCCFP) müraciəti olub. Bu qurum seçkilər zamanı namizədlərin xərclərinin kompensasiyasının qanuniliyini yoxlayır.
Qeyd olunur ki, bu orqan tez-tez pozuntular barədə prokurorluğa məlumat verir və 2022-ci il prezident seçkisində bir neçə namizədlə bağlı şikayətlər təqdim edib. Lakin yalnız Le Pen barəsində araşdırma başlanılıb.
Telekanalın iddiasına görə, söhbət kampaniyanın maliyyələşdirmə mənbələri ilə bağlı problemdən gedir.
Rəylər