"Google" ABŞ-nin keçmiş prezidenti Donald Trampla bağlı sorğuları bloklayaraq ABŞ-də prezident seçkisinə müdaxilə edə bilir.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-li iş adamı və sahibkar İlon Mask özünün "X" sosial şəbəkə hesabında məlumat verib.
Mask paylaşımda - "Donald Trampla bağlı axtarışlara "Google"da qadağa qoyulub. Seçkiyə müdaxilə?" - yazıb və ona "axtarış sətrinə "Prezident Donald" yazdığınız zaman sistemin "Prezident Donald Reyqan" və ya "Prezident Donald Dak" ifadələrini çıxarır" yazısı olan skrinşot əlavə edib.
Wow, Google has a search ban on President Donald Trump!
— Elon Musk (@elonmusk) July 29, 2024
Election interference? pic.twitter.com/dJzgVAAFZA
Rəylər