Amerikalı iş adamı İlon Mask ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığında iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İ.Mask söhbət zamanı qeyd edib ki, o, Ukraynaya "Starlink" rabitə sisteminin verilməsini davam etdirəcək. Nəşr hesab edir ki, milyarderin telefon danışığında iştirakı onun Trampın gələcək administrasiyasında nə qədər mühüm rol oynayacağını göstərə bilər.
Mənbələr D.Trampın V.Zelenski ilə söhbətinin təxminən 25 dəqiqə davam etdiyini bildirib. Onların sözlərinə görə, respublikaçı Ukraynanı dəstəkləyəcəyini vəd edib, lakin həmsöhbətlər ABŞ-nin seçilmiş prezidentinin münaqişənin həlli ilə bağlı təklif etdiyi plan və ya Vaşinqtonun Kiyevə davamlı dəstəyinin perspektivləri kimi məsələləri müzakirə etməyiblər.
Rəylər