Avqustun 28-də SAIC konserninə məxsus olan "MG (Morris Garages) Motor" şirkəti tərəfindən istehsal edilən "MG ZS" hibrid yeni nəsil krossoverinin təqdimatı olacaq.
Oxu.Az Auto.ru-ya istinadən xəbər verir ki, hələlik avtomobilin yalnız ümumi görünüşü təqdim edilib.
Qeyd olunur ki, "MG ZS" hibrid krossoveri 1.5 litrlik daxiliyanma və elektrik mühərrikləri ilə təchiz olunub.
Ehtimal edilir ki, "MG ZS" həm də sırf benzin versiyasında və elektromobil kimi buraxılacaq. Belə bir çeşid potensial alıcıların sayını mümkün qədər genişləndirəcək.
Rəylər