Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin sentyabrın 4-də Türkiyəyə səfər edəcəyi gözlənilir.
Oxu.Az bu barədə "Haber Global"a istinadən xəbər verib.
Məlumatda qeyd olunur ki, dövlət başçıları Türkiyə-Misir Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasına rəhbərlik edəcəklər.
İki ölkə liderinin Yaxın Şərqdə, o cümlədən Qəzzadakı durumu müzakirə edəcəkləri gözlənilir. Tərəflər arasında bir çox sahədə sənədlərin imzalanması nəzərdə tutulub.
Məlumat üçün əlavə edək ki, bu, Əbdülfəttah Əs-Sisinin prezident kimi Türkiyəyə ilk səfəridir.
Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin sentyabrın 4-də Türkiyəyə səfər edəcəyi gözlənilir.
Rəylər