Nepalda içərisində 40 nəfərin olduğu Hindistana məxsus sərnişin avtobusu çaya düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
İlkin məlumatlara görə, azı 11 nəfər həlak olub, çoxlu yaralı var. Hazırda xilasetmə əməliyyatı aparılır.
"Avtobus çaya düşüb və indi sahildədir", - deyə rayon polis şöbəsinin sözçüsü Dipkumar Raya bildirib.
Rəylər