Nepalda yerləşən Dhaulagiri zirvəsinə (8 167 metr) qalxmağa çalışan beş rusiyalı alpinist ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya alpinist icmasının nümayəndəsi Anna Piunova özünün "Facebook" hesabında məlumat verib.
O qeyd edib ki, oktyabrın 6-da ekspedisiya başlayandan bir neçə saat sonra alpinistlərlə əlaqə kəsilib. Himalay dağlarında fövqəladə xidmətlər onları axtarmağa başlayıb.
Bu gün isə itkin düşən beş alpinistin cəsədləri tapılıb.
Rəylər