Nigeriyada aramsız yağan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 185 nəfər ölüb, 208 mindən çox insan məcburi köçkünə çevrilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Maliactu" portalı məlumat yayıb.
Portalın məlumatına görə, Afrikanın ən böyük ölkəsi misli görünməmiş humanitar böhranla üzləşib. Nigeriyanın şimal bölgələrinə digərlərindən daha çox ziyan dəyib. Ciqava ştatında 37 nəfər ölüb.
Ümumilikdə ölkə üzrə 107 min hektar əkin sahəsi məhv olub ki, bu da Nigeriya əhalisinin əksəriyyətinin ərzaq təhlükəsizliyinə təhdid yaradır.
Nigeriya hökuməti yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib.
Rəylər