Pakistanın Hayber Pahtunhva əyalətinin Şimali Vəziristan bölgəsində "Mi-8" tipli helikopter qəzaya uğrayıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər həlak olub, 8 nəfər isə ağır yaralanıb. Yaralılar ən yaxın xəstəxanalara aparılıblar.
Bildirilir ki, çarter reysi həyata keçirən "Mi-8" tipli helikopter mühərrikində nasazlıq səbəbindən Şimali Vəziristanda neft yatağı ərazisinə düşüb.
Helikopterdə şirkət personalının olduğu və pilotların Rusiya vətəndaşları olduğu nəzərə çatdırılıb.
Helikopteri icarəyə götürən "Mari Petroleum Company"dən verilən açıqlamada qəzanın texniki nasazlıqlar səbəbindən baş verdiyi və bölgədəki təhlükəsizlik problemləri ilə bağlı olmadığı qeyd edilib.
Qəza ilə bağlı araşdırma davam edir.
Rəylər