Paris meri Ann Hidalqo Beynəlxalq Olimpiya Komitəsinin (BOK) onun Sena çayında üzdüyü zaman geyindiyi su paltarını Lozannadakı Olimpiya Muzeyinə köçürməsini tələb etdiyini iddia edib, lakin BOK bunu təkzib edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Journal du Dimanche" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Hidalqo sosial şəbəkələrdə muzeyin sifarişi ilə hidrokostyum bağışlamağa şad olduğunu yazdıqdan sonra komitə yoxlama aparıb. Nəticələrə əsasən müəyyən olunub ki, BOK ondan heç nə istəməyib və Hidalqonun özü kostyumunun muzeydə nümayiş etdirilməsini tələb edib.
Məlumata görə, Hidalqo Olimpiadadan əvvəl Senada üzüb. Eyni zamanda, "France Info" radiostansiyası iyul ayında bildirmişdi ki, mer çayda üzdüyü gün suyun çirklənməsi normadan artıq olub. Hidalqodan əvvəl o vaxt idman naziri olan Ameli Udea-Kastera Sena çayında üzüb. Rəsmilərin üzgüçülük kampaniyası son illərdə çayın təmizlənməsi və tullantı sularının axıdılması sisteminin yenidən qurulması üçün ayrılan 1.4 milyard avronun boşa getmədiyini və Senada açıq suda üzgüçülük üzrə Olimpiya yarışlarının keçirilməsinin mümkünlüyünü sübut etmək məqsədi daşıyıb.
Xatırladaq ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək baş tutub.
Rəylər