Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Pentagon nüvə partlayışının Avropadakı nəticələrini modelləşdirəcək
ABŞ Müdafiə Nazirliyi Avropada nüvə partlayışının nəticələrini modelləşdirmək istəyir. Pentaqon nüvə silahının kənd təsərrüfatı sektoruna təsiri sahəsində tədqiqatlar üçün müqavilə bağlamağı planlaşdırır.
Oxu.Az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Podratçıdan proqram təminatından (PT) istifadə edərək tədqiqatlar aparması və modelləşdirmənin coğrafi əhatə dairəsini genişləndirməsi tələb olunur. Pentaqon işlərin Şərqi Avropa ölkələrini əhatə etməsini istəyir. Bundan əlavə, Şərqi Avropadan və Rusiyanın qərb hissəsindən kənar regionlar üçün PT-nin yenilənməsi lazımdır.
Müqavilənin dəyəri 34 milyon dollardır. ABŞ Ordusunun Mühəndis Korpusu bir şirkətlə eksklüziv müqavilə bağlamağı planlaşdırır.
"Pentaqon" teqi üzrə xəbərlər
- Tramp orduda xidmət edən 15 min transgender barədə fərmanı imzalamağa hazırlaşır
- Trampdan yeni qərar: Məşhur telekanalın aparıcısını Pentaqonun rəhbəri vəzifəsinə namizəd göstərdi
- ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırır
- İsrailin İrana hücumuna dair məxfi sənədləri yayan şəxs bəlli oldu
- ABŞ-nin müdafiə naziri gizli şəkildə Kiyevə səfər edib
Rəylər