ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukraynaya gizli səfər edib.
Oxu.Az bu barədə CNN telekanalına istinadən xəbər verir.
Lloyd Ostinin Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və müdafiə naziri Rustem Umerovla görüşəcəyi bildirilir.
Hər iki görüşdə əsas mövzu ABŞ-də gözlənilən prezident seçkisi və Vaşinqtonun Kiyevə hərbi və maliyyə yardımları olacaq.
Rəylər