Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ-nin İsrailə hücum ediləcəyi təqdirdə onu müdafiə edəcəyinə söz verib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Ostin əlavə edib ki, ABŞ Fələstinin radikal HƏMAS qruplaşmasının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda ölümündən sonra gərginliyi azaltmağa çalışır.
"Biz bunun genişmiqyaslı münaqişəyə çevrilməsi ehtimalından narahatıq. Münaqişənin qaçılmaz olduğunu düşünmürəm", - Pentaqon rəhbəri bildirib.
Rəylər