"İran iyulun 31-də Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsrailə tezliklə cavab verəcək".
Oxu.Az IRNA-ya istinadən xəbər verir ki, bunu İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin aparatının rəhbəri Məhəmməd Məhəmmədi Qolpayeqani deyib.
"Sionist rejimin bu addımına tezliklə cavab veriləcəyi gözlənilir", - o bildirib.
Rəylər