Ticarət platformasından verilən məlumata görə, "Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) ticarət zamanı qızılın qiyməti tarixi maksimumunu yeniləyərək, bir troya unsiyası üçün 2500 dolları ötüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 5:28-ə olan məlumata görə, qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 2501 dollar (+1,65%) təşkil edib. Bakı vaxtı ilə saat 05:31-ə olan məlumata görə, qızılın qiyməti bir unsiya üçün 2502 dollara qədər (+1,56%) artımını sürətləndirib.
Rəylər