Böyük Britaniyanın Baş naziri Rişi Sunak "La Repubblica"nın Ukraynaya qoşun göndərmək barədə düşünüb-düşünmədiyi ilə bağlı sualına mənfi cavab verib.
Müttəfiqlərin Ukraynanı dəstəkləmək üçün nə etməyə hazır olduqları barədə danışarkən, o qeyd edib ki, G7 sammitində Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Kiyevin ehtiyacları üçün istifadəsinə qərar verilib. Onun fikrincə, bu, "G7-nin hər şeyə hazır olduğunun" nümayişidir.
Ukraynaya dəstək tədbiri olaraq baş nazir hərbi xərclərə diqqət çəkib:
"Biz müdafiəyə sərmayəmizi artırmalıyıq, çünki dünya onilliklər ərzində heç vaxt olmadığı qədər təhlükəli və gözlənilməz hala gəlib".
Böyük Britaniyanın baş naziri Ukraynanın Rusiya Federasiyası ərazisindəki obyektlərə qarşı Qərb silahlarından istifadə etməsi ilə bağlı sualı cavablandırarkən raketlərin beynəlxalq humanitar qanunlara uyğun olaraq istifadə edilməli olduğunu vurğulayıb.
Mənbə: Kommersant