Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.
"Zəlzələ Olxon bölgəsində, Baykal gölünün sularında, Buquldeyka yaşayış məntəqəsindən 25 kilometr aralıda baş verib", - məlumatda deyilir.
Zəlzələnin episentrində intensivlik 5.8 bal olub. Anqara vilayətinin İrkutsk, Olxonski, Slyudyanski, Ekirit-Bulaqatski və Bayandayevski rayonlarında yeraltı təkanların şiddəti 3-4 bal təşkil edib.
"Bütün infrastruktur obyektləri normal işləyir", - Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Rəylər