Rusiyanın Ukrayna ilə sərhədyanı Belqorod vilayətində regional səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Oxu.Az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov öz "Telegram" kanalında məlumat verib.
O xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri hər gün bölgəni atəşə tutur, bəzi evlər dağılıb, sakinlər arasında ölənlər və itkin düşənlər var.
Qeyd edək ki, avqustun 7-də Kursk vilayətində regional, 9-da isə federal səviyyəli fövqəladə rejim tətbiq edilib.
Rəylər