Rusiyanın Litvadakı müvəqqəti işlər vəkili Aleksandr Elkin respublikanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə nazirliyin saytında dərc olunan bəyanatda bildirilib.
"Bu gün Litva ətraflı izahat alınması üçün Rusiyanın nümayəndəsini çağırır", - deyə Baltikyanı ölkənin Xarici İşlər Nazirliyindən qeyd edilib.
Xatırladaq ki, daha əvvəl hərbi-diplomatik mənbə jurnalistlərə bildirib ki, Rusiya Baltikyanı dövlət sərhədi xəttinə yenidən baxmaq niyyətində deyil.
Mənbə: TASS
Rəylər