Rusiyada əmək miqrantlarının ailələrini bu ölkəyə gətirmək hüququ məhdudlaşdırıla bilər.
Oxu.Az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Belə ki, liberal-demokrat fraksiyasının lideri Leonid Slutskinin rəhbərlik etdiyi və bir qrup deputat tərəfindən hazırlanan qanun layihəsi əmək lisenziyası olan miqrantlara ailə üzvlərini Rusiyaya gətirməyi qadağan edir.
Məlumatda qeyd olunur ki, əgər qanun layihəsi əksəriyyət tərəfindən dəstək alarsa, qadağa aşağıixtisaslı (kvalifikasiyalı) işçilərə şamil ediləcək.
Rəylər