Şahzadə Harri Londonda “Invictus Games”in (“Məğlubedilməzlərin Oyunu” - hərbi xidmətdə yaralanmış və ya əlil olmuş keçmiş və hazırkı hərbi qulluqçular üçün beynəlxalq çoxnövçülük yarışıdır) 10-cu ildönümü ilə bağlı mərasimdə iştirak edib.
Məlumata görə, tədbirdən sonra jurnalistlərdən biri Şahzadə Harrinin evdə olduğuna görə özünü xoşbəxt hiss edib-etmədiyini soruşub. Sasseks hersoqu jurnalistlə salamlaşıb, lakin suala cavab verməyib. Jurnalist sualı təkrarlayanda kral ailəsinin üzvü ona gülümsəyib, sonra da - “Sizi görməyimə şadam!” - deyib və gedib.
Qeyd edək ki, aprel ayında məlum olmuşdu ki, Sasseks hersoqu Böyük Britaniya ilə əlaqələri kəsib. Onun hazırda ABŞ-də yaşadığı bildirilir.
Mənbə: Gazeta.ru
Rəylər