Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Serdar Ortaçın qalmaqallı klipindən sonra yoxa çıxan qız illər sonra peyda oldu: Görənlər təəccübləndi - FOTO
Məşhur türkiyəli müğənni Serdar Ortaçın çox sevilən “Karabiberim” adlı mahnısının klipində rol alan İlknur Soydaş illər sonra üzə çıxıb.
Hazırda 47 yaşı olan Soydaş keçirdiyi plastik əməliyyatla çox dəyişib və görənləri heyran qoyub.
“İnstagram” hesabında paylaşdığı fotolara rəy bildirən izləyicilər onun gözəl bədən quruluşuna sahib olduğunu deyiblər. “Sanki zaman onun üçün dayanıb”, - deyə izləyicilər vurğulayıblar.
Qeyd edək ki, 90-cı illərə damğasını vuran klipdə Sertar Ortaçın göbəyindən zeytun yediyi keçmiş model və aktrisa İlknur Soydaş “yoxa çıxmışdı”. İş adamı Cem Pole ilə ailə quran model şou-biznesdən uzaqlaşmışdı.
İlknur Soydaş bununla bağlı verdiyi açıqlamada ancaq “Karabiber” ləqəbi ilə tanındığına təəssüfləndiyini bildirib. “Mən “Karabiberim” mahnısının klipi ilə var olmamışam. Bir çox serial və filmdə rol almışam. Amma həmişə Karabiber kimi xatırlanıram”, - deyə təəssüfünü dilə gətirib.
“Rəsmən bu ad mənə yapışdırılıb. Səhv başa düşməyin, “Karabiberim” klipində oynadığım üçün narahat deyiləm, amma bir çox başqa layihələrim var... Yeri gəlmişkən, çəkilişlər üçün çox darıxmışam”, - deyə o əlavə edib.
İlknur Soydaş həmçinin etiraf edib ki, Serdar Ortaçı çox sevdiyi üçün klipdən pul götürməyib.
Mənbə: Haber Global
"Serdar Ortaç" teqi üzrə xəbərlər
- Məşhur müğənni barəsində ev dustaqlığı qərarı ləğv edilib
- Serdar Ortaç və Mehmet Ali Erbil üçün tələb olunan cəza bəlli oldu
- Serdar Ortaç və Mehmet Ali Erbildən sonra Acun Ilıcalı da istintaqa cəlb olundu
- Qumar təşviqində günahlandırılan Mehmet Ali Erbilin məhkəməyə verdiyi ifadə ortaya çıxdı
- Serdar Ortaç ev dustaqlığına salındı, ilk açıqlama verdi
Rəylər