Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriya ilə diplomatik əlaqələri bərpa edib.
Səudiyyə Ərəbistanının rəsmi "Saudi Press" (SPA) agentliyinin məlumatına görə, Faysal Əl-Mudjil Səudiyyə Ərəbistanının Suriyadakı səfiri təyin edilib.
Qeyd olunur ki, Faysal Əl-Mudjil 2012-ci ildə Səudiyyə Ərəbistanının Dəməşqdəki səfirliyi qapadılandan sonra Ər-Riyadı Suriyada təmsil edəcək ilk diplomat olacaq.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı və Körfəz ölkələri Suriyada vətəndaş müharibəsi başlayandan sonra müxalif qüvvələrə dəstək vermişdilər.